- Offside
- 23:09 08.10.2026
“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun ot örtüyü tam hazır vəziyyətə gətirilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə stadionun sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk ev oyununa oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turunda paytaxt təmsilçisi Çexiyanın “Slaviya Praqa” komandası ilə qarşılaşacaq.