9 oktyabr 2026. Cümə

Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb


  • Offside
  • 18:52 08.10.2026
  • Oxunma sayı: 28
Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Nemanya Maydov üzərində qələbə qazanıb.

Fətiyevin medalı ilə Azərbaycan millisinin mundialdakı mükafatlarının sayı 5-ə çatıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatlarında ilk dəfə bir yarışda 5 medal qazanaraq milli rekord müəyyənləşdiriblər.

Qeyd edək ki, Bakıda təşkil olunan dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.







Offside