9 oktyabr 2026. Cümə

Bakıda “European Aquatics” Konqresinin ilk tədbirləri keçirilib


  • Offside
  • 22:33 08.10.2026
  • Oxunma sayı: 40
Bakıda “European Aquatics” Konqresinin ilk tədbirləri keçirilib

Bakıda “European Aquatics”in Avropa Su İdmanı Federasiyası Konqresi çərçivəsində ilk tədbirlər təşkil olunub.

Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, əvvəlcə “European Aquatics” Bürosunun toplantısı keçirilib. Ardınca milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub.

Sessiyada üzgüçülük və digər su idman növlərinin inkişafı, milli federasiyaların fəaliyyəti, müxtəlif layihələrin icrası, innovativ yanaşmalar və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

İştirakçılar, həmçinin müxtəlif ölkələrin su idmanı sahəsində tətbiq etdiyi uğurlu təcrübələrlə tanış olub, yeni ideyalar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Üzgüçülük üzrə Dünya Kubokundan sonra Azərbaycan Üzgüçülük Federasiyası və “European Aquatics”in təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq idman mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir.







Offside