- Offside
- 23:09 08.10.2026
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Parisdə keçirilən Qran-Pri yarışında gümüş medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İsrail təmsilçisi Asaf Yasurla qarşılaşıb. Həlledici görüşdə rəqibinə məğlub olan Zeynalov turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, ən reytinqli parataekvondoçuların iştirak etdiyi Paris Qran-Prisində Azərbaycan millisi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə təmsil olunur. Komandanın heyətində İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) yer alır.