10 oktyabr 2026. Şənbə

AMADA “Kəpəz”in futbol akademiyasında seminar keçirib


  • Offside
  • 12:09 09.10.2026
  • Oxunma sayı: 19
AMADA “Kəpəz”in futbol akademiyasında seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Kəpəz” futbol klubunda maarifləndirici seminar təşkil edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə “Kəpəz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvləri, həmçinin məşqçi və texniki heyət iştirak edib.

Seminar zamanı AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər və idmançıların karyerası üçün yaratdığı risklər barədə məlumat verib. İştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, eləcə də antidopinq qayda pozuntuları izah olunub.

Bununla yanaşı, 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat təqdim edilib.

Tədbirin sonunda “Kəpəz”in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları ünvanlayıb, antidopinq sahəsində biliklərini artırmaq imkanı əldə ediblər.







Offside