- Offside
- 23:16 09.10.2026
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında çıxışını başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizə aparıb.
Yarışa 1/32 final mərhələsindən başlayan Kotsoyev Türkmənistan təmsilçisi Baymırat Majanovu, 1/16 finalda isə Slovakiya cüdoçusu Benyamin Mataseyi ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib. Lakin o, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana uduzaraq mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan millisinin aktivində hazırda 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal var.