10 oktyabr 2026. Şənbə

Azərbaycan Kubokunun I təsnifat mərhələsi başa çatıb


  • Offside
  • 16:36 09.10.2026
  • Oxunma sayı: 24
Azərbaycan Kubokunun I təsnifat mərhələsi başa çatıb

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünün I təsnifat mərhələsi yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, mərhələnin sonuncu oyununda “Ağdaş” öz meydanında “Haypers”lə qarşılaşıb. Ağdaş şəhər stadionunda keçirilən görüş qonaq komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Təsnifat mərhələsinin əvvəlki qarşılaşmalarında isə “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” “Şirvan”ı 3:1, “Zəngəzur” isə “Difai”ni 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin bütün oyunları başa çatıb.







Offside