- Offside
- 23:16 09.10.2026
Azərbaycanın qadın boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Rusiya təmsilçisi İustina Anufriyeva ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Abbasova həlledici mərhələyə yüksəlib.
Beləliklə, Səma Abbasova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.