- Offside
- 23:16 09.10.2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Sofiya Beznosikova və Maks Leleu Qazaxıstanın Almatı şəhərində keçirilən turnirin mükafatçısı olublar.
Azərbaycan Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, buz üstündə rəqs cütlüyümüz ritm və sərbəst rəqs proqramlarının yekununda 146,34 xal toplayıb.
Beş cütlüyün mübarizə apardığı yarışda Beznosikova və Leleu üçüncü yeri tutaraq bürünc medala sahib olublar.