- Offside
- 23:16 09.10.2026
“Zirə” klubunun İdarə Heyətinin sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Qırğızıstanın paytaxtı Bişkekdə bir sıra görüşlər keçirib.
90deqiqe.Az-ın məlumatına görə, o, Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti Nurdin Bukiyev və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Urmat Asanbayevlə bir araya gəlib.
Görüşlərdə “Zirə” klubu ilə əməkdaşlıq imkanları, Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.