- Offside
- 23:16 09.10.2026
Batut və tamblinq gimnastikası üzrə Azərbaycan birinciliyi oktyabrın 21-də keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış çərçivəsində batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə birinciliyi təşkil olunacaq.
Yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında baş tutacaq.