10 oktyabr 2026. Şənbə

“Naxçıvan” səfərdə “Sumqayıt”ı məğlub edib


  • Offside
  • 21:25 09.10.2026
  • Oxunma sayı: 24
“Naxçıvan” səfərdə “Sumqayıt”ı məğlub edib

Azərbaycan Basketbol Liqasında II turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Naxçıvan”la üz-üzə gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 87:76 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, II tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Sabah” – “Gəncə” qarşılaşması isə təxirə salınıb.







Offside