- Offside
- 18:46 10.10.2026
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal görüşündə Finlandiya təmsilçisi Martti Puumalaynenlə qarşılaşıb. Görüş Kokaurinin qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan cüdoçusu dünya çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, millimizin digər üzvləri Kənan Nəsibov və Camal Qamzatxanov bürünc medal uğrunda görüşlərə çıxacaqlar.