10 oktyabr 2026. Şənbə

Azərbaycan və Avropa Ağırlıqqaldırma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub


  • Offside
  • 16:23 10.10.2026
  • Oxunma sayı: 44
Azərbaycan və Avropa Ağırlıqqaldırma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov ölkəmizdə işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.

AAF-dan  90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafına, xüsusilə ağırlıqqaldırma sahəsinə dövlət tərəfindən göstərilən dəstək diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Ağırlıqqaldırma Federasiyasının beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi vurğulanıb.

Bildirilib ki, Avropanın və dünyanın müxtəlif ölkələrini təmsil edən milli komandalar mütəmadi olaraq Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.

Görüş zamanı təmiz idman prinsiplərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.







Offside