- Offside
- 18:46 10.10.2026
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən “Denis Ten Memorial” turnirində çıxışını başa vurub.
Azərbaycan Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı qısa və sərbəst proqramların yekununda ümumilikdə 125,68 xal toplayıb.
Bu nəticə ilə Jilina 19 iştirakçı arasında 6-cı yeri tutub.