10 oktyabr 2026. Şənbə

“Polad”dan “Sərhədçi” üzərində qələbə - bombardirlər siyahısına kim başçılıq edir?


  • Offside
  • 17:18 10.10.2026
  • Oxunma sayı: 35
“Polad”dan “Sərhədçi” üzərində qələbə  -  bombardirlər siyahısına kim başçılıq edir?

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkil etdiyi çempionatda növbəti turun oyunları keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında çempionluğa iddialı “Polad” və “Sərhədçi” komandaları üz-üzə gəlib. Görüş “Polad”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunlarda “Elite” “Embawood”u 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” “Xəzər”dən, “Zəfər” isə “Omar”dan 5:1 hesabı ilə üstün olub.

“Buta Golden”in çempionatdan kənarlaşdırılmasından sonra “Atilla”ya 6:0 hesablı texniki qələbə verilib. Bununla da komanda aktivinə ilk 3 xalı əlavə edib.

Fərdi göstəricilərə gəlincə, “Sərhədçi”nin üzvü Vahid Məmmədov 24 xalla sərrast oyunçular siyahısına başçılıq edir. “Polad”ın təmsilçisi Samir Pirimov isə 19 xalla ikinci pillədə qərarlaşıb.







Offside