10 oktyabr 2026. Şənbə

AMADA dünya çempionatında maarifləndirmə proqramı təşkil edib


  • Offside
  • 12:55 10.10.2026
  • Oxunma sayı: 27
AMADA dünya çempionatında maarifləndirmə proqramı təşkil edib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.

AMADA-nın mətbuat xidmətindən  90deqiqe.Az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçirilən tədbir zamanı agentliyin təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri barədə məlumat verilib.

Həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların əsas yenilikləri iştirakçıların diqqətinə çatdırılıb.

Proqram çərçivəsində dopinq və narkotik maddələrin insan sağlamlığına, eləcə də idmançıların karyerasına mənfi təsirləri barədə məlumat verilib.

Ziyarətçilər antidopinq mövzusunda təşkil olunan viktorinalarda da iştirak ediblər. Yarışların qaliblərinə xatirə hədiyyələri təqdim olunub.







Offside