- Offside
- 18:46 10.10.2026
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatının yarımfinalında məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə Rusiya təmsilçisi İnal Tasoyevə uduzub.
Camal Qamzatxanov bürünc medal uğrunda görüşdə Azərbaycanın digər cüdoçusu Kənan Nəsibovla qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan millisinin aktivində indiyədək 1 qızıl, 1 gümüş və 3 bürünc medal var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.