10 oktyabr 2026. Şənbə

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri verilib


  • Offside
  • 17:28 10.10.2026
  • Oxunma sayı: 33
Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri verilib

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.

Elçin İsmayılov və Fərhad Məmmədov 7-ci dan dərəcəsinə layiq görülüblər.

Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova isə 6-cı dan dərəcəsi üzrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, dan dərəcələri cüdoda yüksək ustalıq, nəzəri bilik və praktiki təcrübə səviyyəsini ifadə edir.







Offside