10 oktyabr 2026. Şənbə

Avropa Avarçəkmə Federasiyasının prezidenti Bakıya səfər edib


  • Offside
  • 17:32 10.10.2026
  • Oxunma sayı: 37
Avropa Avarçəkmə Federasiyasının prezidenti Bakıya səfər edib

Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib.

-ın məlumatına görə, səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub. Ona qurumun fəaliyyəti, son illərdə beynəlxalq yarışlarda əldə olunan nəticələr, eləcə də Azərbaycanda təşkil edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirləri barədə məlumat verilib.

Görüş zamanı ölkəmizdə inkişaf etdirilən su idmanı növləri də diqqətə çatdırılıb. Sonda Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim olunub.

Səfər çərçivəsində Avropa Avarçəkmə Federasiyasının prezidenti Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına da baş çəkib. O, idmançıların açıq havada və trenajor zalında hazırlıq prosesi ilə tanış olub.







Offside