10 oktyabr 2026. Şənbə

Kənan Nəsibov dünya çempionatında bürünc medal qazanıb


  • Offside
  • 18:46 10.10.2026
  • Oxunma sayı: 50
Kənan Nəsibov dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medala sahib olub.

 90deqiqe.Az-ın məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.

Beləliklə, Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 6-ya çatıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq.







Offside