10 oktyabr 2026. Şənbə

Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar


  • Offside
  • 20:00 10.10.2026
  • Oxunma sayı: 37
Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarında 7 medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında oktyabrın 4-də start götürən mundialda təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar.

Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.

Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş medala layiq görülüblər. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, dünya çempionatına sabah keçiriləcək qarışıq komanda yarışı ilə yekun vurulacaq.







Offside