10 oktyabr 2026. Şənbə

Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək


  • Offside
  • 20:19 10.10.2026
  • Oxunma sayı: 38
Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək.

Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, açıq havada, 70 metr məsafədə təşkil olunacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı mübarizə aparacaq.

Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar eyni yarışda qüvvələrini sınayacaqlar.

Kişilərin mübarizəsində Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlar arasında isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva çıxış edəcəklər.







Offside