10 oktyabr 2026. Şənbə

Cüdo üzrə dünya çempionatının bayrağı Bakıdan Astanaya təhvil verilib


  • Offside
  • 22:00 10.10.2026
  • Oxunma sayı: 27
Cüdo üzrə dünya çempionatının bayrağı Bakıdan Astanaya təhvil verilib

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçirilən mərasimdə qurumun vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

Mərasim zamanı BCF-nin bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. Elnur Məmmədli bayrağı Lisa Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanışbek Yesekeyevə təqdim edib.

Beləliklə, dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatına həsr olunmuş təqdimat videosu nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurublar.







Offside