11 oktyabr 2026. Bazar günü

Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə start verilib


  • Offside
  • 09:24 11.10.2026
  • Oxunma sayı: 73
Xankəndi Ultramarafonunun sonuncu mərhələsinə start verilib

III Beynəlxalq Xankəndi Ultramarafonunun IV – sonuncu mərhələsinə Ağdam şəhərində start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 6 ölkədən 97 atlet mübarizə aparır.

İştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 kilometrlik məsafəni qət edərək finişə çatacaqlar. Sonuncu mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi nəticələrə əsasən fərqlənən atletlər isə baş mükafata layiq görüləcəklər.

Ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda 4 ölkədən 64 atlet 380 kilometrlik məsafəni qət edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 idmançı qatılıb.







Offside