11 oktyabr 2026. Bazar günü

Qəbələ-Xankəndi Ultramarafonuna yekun vurulub


  • Offside
  • 11:58 11.10.2026
  • Oxunma sayı: 54
Qəbələ-Xankəndi Ultramarafonuna yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışın sonuncu mərhələsində iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 kilometrlik məsafəni qət ediblər.

Kişilərin mübarizəsində Gürcüstan təmsilçisi David Xarazişvili finişə birinci çatıb. Qadınlar arasında isə Ukrayna idmançısı Olena Şevçenko mərhələnin qalibi olub.

Ultramarafonda 6 ölkədən 97 atlet iştirak edib. Dörd mərhələdən ibarət yarış çərçivəsində idmançılar dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət ediblər. Marşrut Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) istiqamətlərini əhatə edib.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda 4 ölkədən 64 atlet 380 kilometrlik məsafədə mübarizə aparıb. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 idmançı qatılıb.







Offside