11 oktyabr 2026. Bazar günü

Azərbaycan gimnastları beynəlxalq turnirdə 4 medal qazanıblar


  • Offside
  • 15:00 11.10.2026
  • Oxunma sayı: 41
Azərbaycan gimnastları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan idmançıları Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 9-dan 11-dək davam edən yarışda təmsilçilərimiz 3 qızıl və 1 gümüş medal qazanıblar.

Böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medala sahib olublar.

13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli isə 45,210 xalla birinci yeri tutublar.

Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830, Samirə Hüseynova isə 50,470 xal toplayaraq qızıl medal qazanıblar.

Beləliklə, Azərbaycan gimnastları Çexiyadakı beynəlxalq turniri 3 qızıl və 1 gümüş medalla başa vurublar.







Offside