- Offside
- 16:31 11.10.2026
“Gəncə” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, ABŞ-dən olan 25 yaşlı Ayzeya Toddla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Hücumçu mövqeyində çıxış edən basketbolçu daha əvvəl Litva və Tayvanda legioner həyatı yaşayıb.
Qeyd edək ki, Ayzeya Todd “Gəncə”də 14 nömrəli formada çıxış edəcək.