- Offside
- 16:31 11.10.2026
Azərbaycan boksçusu Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olub.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb.
Hər üç raundda üstün olan Cəmilə Muradlı rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal əldə ediblər.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 4 boksçusu final görüşlərinə çıxacaq.