11 oktyabr 2026. Bazar günü

Azərbaycan boksçusu Avropa çempionatının gümüş medalçısı oldu


  • Offside
  • 20:02 11.10.2026
  • Oxunma sayı: 52
Azərbaycan boksçusu Avropa çempionatının gümüş medalçısı oldu

Azərbaycan boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Türkiyə təmsilçisi Ada Eybeylə qarşılaşıb. Görüşdə məğlub olan Abbasova Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı 5-ə çatıb. Daha əvvəl Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha üç boksçusu final görüşlərinə çıxacaq.







Offside