11 oktyabr 2026. Bazar günü

Azərbaycan boksçularının U-17 Avropa çempionatında medallarının sayı 7-yə çatıb


  • Offside
  • 20:08 11.10.2026
  • Oxunma sayı: 39
Azərbaycan boksçularının U-17 Avropa çempionatında medallarının sayı 7-yə çatıb

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha iki gümüş medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 46 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Məmmədov finalda Rumıniya təmsilçisi Kristi Kaşuya, 52 kq-da çıxış edən İsmayıl Nəsirzadə isə İngiltərə boksçusu Şaylo Makleoda məğlub olub. Bununla da hər iki idmançımız Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı 7-yə yüksəlib. Daha əvvəl Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), Səma Abbasova (66 kq) və İsmayıl Nəsirzadə (52 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha bir boksçusu final görüşünə çıxacaq.







Offside