- Offside
- 23:57 11.10.2026
Portuqaliya çempionatının VIII turunda “Benfika” doğma meydanda “Vitoriya Gimaraeş”lə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Lissabon təmsilçisi görüşü 2:0 hesablı qələbə ilə başa vurub. Komanda hər hissədə bir qol vuraraq rəqibinə fərqlənmək imkanı verməyib.
Matçın 24-cü dəqiqəsində Samuel Dal hesabı açaraq “Benfika”nı önə çıxarıb. Meydan sahibləri bundan sonra da oyuna nəzarəti əllərində saxlayaraq rəqibin təhlükəli hücumlarının qarşısını alıblar.
Qarşılaşmanın 75-ci dəqiqəsində Georgi Sudakov fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 2:0.
Beləliklə, “Benfika” Portuqaliya çempionatında növbəti qələbəsini qazanıb.