12 oktyabr 2026. Bazar ertəsi

Güləş Federasiyası cüdoçularımızın tarixi uğurunu təbrik edib


  • Offside
  • 23:57 11.10.2026
  • Oxunma sayı: 63
Güləş Federasiyası cüdoçularımızın tarixi uğurunu təbrik edib

Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında milli komandanın əldə etdiyi tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.

90deqiqe.Az-ın məlumatına görə, federasiyanın paylaşımında oktyabrın 4-dən 11-dək Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçularının ümumilikdə 7 medal qazandıqları vurğulanıb.

“Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının fərdi yarışlarını 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.







Offside