- Offside
- 23:57 11.10.2026
Dağ velosipedi (MTB) üzrə Ölkə Kubokunun III mərhələsi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiqlənmiş təqvim planına əsasən təşkil olunan yarış Dağ Velosipedi Parkında baş tutub. Mübarizəyə 30-dan çox idmançı qatılıb.
Elit, U-23 və gənc oğlanlar kateqoriyalarında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov birinci, Kamal İsmayılov ikinci, Kənan Eyvazov isə üçüncü yeri tutub.
U-17 yaş kateqoriyasında Əli Zeynalzadə qızıl, Toğrul Məmmədli gümüş, Kənan Eyvazov isə bürünc medala sahib olub.
U-15 yaş qrupunda da ROEQİUGVM idmançıları ilk üç pilləni tutublar. Məhəmmədəli Ağazadə birinci, Mirəli Miryəhyayev ikinci, Kamran Abdullayev isə üçüncü olub.