12 oktyabr 2026. Bazar ertəsi

Dağ velosipedi üzrə Ölkə Kubokunun III mərhələsinin qalibləri bəlli olub


  • Offside
  • 21:58 11.10.2026
  • Oxunma sayı: 48
Dağ velosipedi üzrə Ölkə Kubokunun III mərhələsinin qalibləri bəlli olub

Dağ velosipedi (MTB) üzrə Ölkə Kubokunun III mərhələsinin qalibləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yarışda Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri bütün kateqoriyalarda mükafatçılar sırasında yer alıblar.

U-15 yaş kateqoriyasında Məhəmmədəli Ağazadə birinci, Mirəli Miryəhyayev ikinci, Kamran Abdullayev isə üçüncü yeri tutub.

U-17 yaş qrupunda Əli Zeynalzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toğrul Məmmədli ikinci, Kənan Eyvazov isə üçüncü olub.

Elit, U-23 və gənclər kateqoriyalarının birləşdirilmiş yarışında Mirmövsüm Cəbrayılov qızıl, Kamal İsmayılov gümüş, Kənan Eyvazov isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiqlədiyi təqvim planına uyğun olaraq Dağ Velosipedi Parkında keçirilib. Mübarizəyə 30-dan çox idmançı qatılıb.







Offside