- Offside
- 16:39 12.10.2026
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni “match.affa.az” saytı və “@AFFA.istedadlar” sosial media layihəsi ictimaiyyətə təqdim edilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə AFFA-nın rəqəmsal platformalarının fəaliyyəti və gənc futbolçuların inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra layihələrə həsr olunmuş videoçarx nümayiş etdirilib.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxışında Azərbaycanda 15 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatı üçün 10 meydançanın istifadəyə veriləcəyini bildirib.
Qurum rəsmisi yeni rəqəmsal platformaların uşaqların futbola marağının artırılmasına və gənc istedadların üzə çıxarılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, “match.affa.az” saytında gənclər futbolu, müxtəlif yarışlar və futbolçuların inkişafı ilə bağlı məqalələr dərc olunacaq. Platforma vasitəsilə AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi çempionatlar haqqında məlumat əldə etmək də mümkün olacaq.