- Offside
- 16:39 12.10.2026
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ötən gün başlayan hazırlıq prosesi iki həftə davam edəcək.
Toplanış Qazaxıstanın paytaxtı Astanada oktyabrın 24-dən noyabrın 1-dək keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. Məşqlərdə texniki və taktiki hazırlığın təkmilləşdirilməsinə, eləcə də güləşçilərin fiziki gücünün və dözümlülüyünün artırılmasına üstünlük veriləcək.
Baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən hazırlıq prosesinə aşağıdakı idmançılar cəlb olunublar:
57 kq: İslam Bazarqanov, Muhəmməd İsmayılov, Hüseyn Hüseynov
61 kq: Nürəddin Novruzov, Camal Abbasov, Muhəmmədəli Əlizadə
65 kq: Rəşid Babazadə, Əli Rəhimzadə, Ruslan Abdullayev
70 kq: Kənan Heybətov, Zirəddin Bayramov, Hacı Kərimov
74 kq: Turan Bayramov, Murad Yevloyev, Musa Verdiyev
79 kq: Cəbrayıl Hacıyev, Fərid Cabbarov, Sahib Dadaşov
86 kq: Arseni Cioyev, Muradxan Omarov, Əşrəf Aşırov
92 kq: Ali Tsokayev, Osman Nurmaqomedov, Abubakr Abakarov
97 kq: Maqomedxan Maqomedov, Rəvan Musayev
125 kq: Giorgi Meşvildişvili, Yusif Dursunov, Muxamad Qantemirov
Qeyd edək ki, sparrinqlərin sayını artırmaq və hazırlıq prosesinin keyfiyyətini yüksəltmək məqsədilə U-20 milli komandasının daha 12 üzvü də toplanışa cəlb edilib. Onlarla böyük məşqçi Əşrəf Əliyev və məşqçi Əsgərxan Novruzov işləyirlər.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləş üzrə yarışlar oktyabrın 29-dan noyabrın 1-dək keçiriləcək.