12 oktyabr 2026. Bazar ertəsi

Azərbaycan kapoeyraçıları beynəlxalq turnirdə 6 medal qazanıblar


  • Offside
  • 13:16 12.10.2026
  • Oxunma sayı: 11
Azərbaycan kapoeyraçıları beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycanın yeniyetmələrdən ibarət kapoeyra millisi Estoniyanın paytaxtı Tallində keçirilən “Tallinn Cup” beynəlxalq turnirində uğurlu nəticə göstərib.

Kapoeyra Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığma yarışı 3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 6 medalla başa vurub.

Uşaq kateqoriyasında Adnan Cavadlı və Nizami Cavadlı qızıl medala sahib olublar. Yeniyetmə qızların mübarizəsində Amina Mirzəliyeva birinci yeri tutub, Yağmur İsmayılova isə gümüş medal qazanıb.

Kadet oğlanların yarışında Məhəmməd Rüstəmli ikinci, Davud Əli isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, üç gün davam edən beynəlxalq turnirdə 13 ölkənin idmançıları mübarizə aparıblar.







Offside