- Offside
- 16:39 12.10.2026
Konkur üzrə “Omar” kuboku uğrunda yarışlar keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hündürlüyü 105–110 santimetr olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında 19 atlı mübarizə aparıb. Onlardan 11-i maneələri cərimə xalı toplamadan keçərək təkrar sıçrayış mərhələsinə yüksəlib.
Təkrar mərhələnin nəticələrinə əsasən, Anar Hümbətov “Zirvə” atı ilə birinci yeri tutaraq baş kuboka sahib olub. O, “Məğrur” atı ilə də çıxış edərək üçüncü nəticə göstərib. Cahangir Novruzbəyli “Naxış” atı ilə ikinci, Seyid Musayev “Parlaq” atı ilə dördüncü, Valeriya Roşenko isə “Fine Chocolate” adlı atla beşinci olub.
Hündürlüyü 130–135 santimetr olan maneələrin dəf edilməsi üzrə M* klas yarışlarında 7 konkurçu mübarizə aparıb. İlkin mərhələnin nəticələrinə görə, Anar Hümbətov “Zirvə” atı ilə üçüncü yeri tutub.
Final mərhələsində Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atları ilə çıxışları gərgin mübarizə ilə yadda qalıb. Son sıçrayış zamanı ardıcıl iki maneəni aşıran Kənan Novruzov qalib gəlmək şansını itirərək ikinci yerlə kifayətlənib.
Beləliklə, M* klas yarışlarının qalibi Seyid Musayev olub.