12 oktyabr 2026. Bazar ertəsi

U-20 qadın voleybol millisi İzmirdəki təlim-məşq toplanışını başa vurub


  • Offside
  • 15:13 12.10.2026
  • Oxunma sayı: 15
U-20 qadın voleybol millisi İzmirdəki təlim-məşq toplanışını başa vurub

Avropa çempionatının I təsnifat mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan U-20 millisi Türkiyənin İzmir şəhərindəki təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirib.

Yığma hazırlığın son mərhələsini Azərbaycanda davam etdirəcək. Qubada təşkil olunacaq təlim-məşq toplanışında U-16 millisi də iştirak edəcək.

Qeyd edək ki, EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının təşkil etdiyi Avropa çempionatının I təsnifat mərhələsi oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.

Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın yığmaları mübarizə aparacaqlar. Azərbaycan millisi A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşacaq.







Offside