12 oktyabr 2026. Bazar ertəsi

Azərbaycan güləşçiləri veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar


  • Offside
  • 15:42 12.10.2026
  • Oxunma sayı: 17
Azərbaycan güləşçiləri veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mundialda ölkəmizi təmsil edən 3 idmançı gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışlarda Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Mundialda Azərbaycanı 4 hakim də təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarə olunmasında iştirak edib. Milli dərəcəli hakimlər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə əsasən orta hakim funksiyasını yerinə yetiriblər.

Bununla yanaşı, hakimlər beynəlxalq kateqoriya əldə etmək üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanların nəticələrinin 2026-cı ilin sonunadək açıqlanması gözlənilir.







Offside