12 oktyabr 2026. Bazar ertəsi

Azərbaycanın 6 kayak və kanoeçisi Gürcüstandakı reqatada iştirak edəcək


  • Offside
  • 15:52 12.10.2026
  • Oxunma sayı: 15
Azərbaycanın 6 kayak və kanoeçisi Gürcüstandakı reqatada iştirak edəcək

Azərbaycanın kayak və kanoe üzrə milli komandası oktyabrın 14-də Gürcüstanın Mtsxeta şəhərində keçiriləcək beynəlxalq reqatada mübarizə aparacaq.

Azərbaycan Su İdmanı Federasiyasından -a verilən məlumata görə, “Mtsxeta Şəhəri Günü” münasibətilə təşkil olunacaq turnirdə ölkəmizi 6 idmançı təmsil edəcək.

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov, kayak qayığında isə Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medal uğrunda mübarizə aparacaqlar.

Komandanın baş məşqçisi İsbəndiyar Cəfərov olacaq.







Offside