12 oktyabr 2026. Bazar ertəsi

Azərbaycan komandası Belarus Açıq Kubokunda birinci yeri tutub


  • Offside
  • 17:33 12.10.2026
  • Oxunma sayı: 44
Azərbaycan komandası Belarus Açıq Kubokunda birinci yeri tutub

Eşitmə məhdudiyyəti olan idmançılar arasında yunan-Roma güləşi üzrə keçirilən Belarus Açıq Kubokunda Azərbaycan komandası birinci yeri tutub.

Azərbaycan Deflimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Belarusun Qomel şəhərində oktyabrın 8-dən 12-dək təşkil olunan yarışda 5 ölkənin təmsilçiləri mübarizə aparıblar. Turnirdə 9 idmançı ilə iştirak edən Azərbaycan komandası ümumilikdə 9 medal qazanıb.

Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) qızıl medala sahib olublar.

Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, 195 xal toplayan Azərbaycan millisi beş ölkənin iştirak etdiyi yarışda komanda hesabında birinci olub.







Offside