- Offside
- 23:17 12.10.2026
Asiya Çempionlar Liqasının qrup mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Özbəkistanın “Neftçi” komandaları arasında keçirilməli olan qarşılaşma start fitinə az qalmış təxirə salınıb.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda raket təhlükəsinin yaranması olub.
Yerli KİV-in məlumatına görə, Yəmən istiqamətindən Ər-Riyada doğru ballistik raket buraxılıb. Təhlükə ilə əlaqədar təhlükəsizlik xidmətləri futbol matçının başlanmasını təxirə salmaq qərarına gəliblər.
“Əl-Əvvəl Park” stadionunun diktoru tribunadakı azarkeşlərə müraciət edərək onları sakitliyi qorumağa və təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Qarşılaşmanın yeni başlama vaxtı hələ müəyyənləşdirilməyib. Turnirin təşkilatçıları və xilasetmə xidmətləri şəhərdəki vəziyyəti qiymətləndirirlər.