- Offside
- 21:35 13.10.2026
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Araz-Naxçıvan” – “Kəpəz” qarşılaşmasında hesab tablosunun işləməməsi səbəbindən ev sahibi komanda 2 000 manat cərimələnib.
“Neftçi” – “Sabah” matçında rəqib futbolçunun ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5 000 manat cərimə ödəyəcək.
Həmin görüşdə 4 futbolçusu sarı vərəqə alan “Sabah” klubu isə 700 manat cərimələnib.
Bundan başqa, “İmişli” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olması səbəbindən Mərkəzi Aran təmsilçisinə 2 500 manat cərimə tətbiq olunub.