13 oktyabr 2026. Çərşənbə axşamı

“Gəncə Open – 2026” Beynəlxalq Şahmat Festivalına start verilib


  • Offside
  • 12:26 13.10.2026
  • Oxunma sayı: 38
“Gəncə Open – 2026” Beynəlxalq Şahmat Festivalına start verilib

“Gəncə Open – 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun təşkil olunan yarışda 6 ölkədən 180 şahmatçı mübarizə aparır.

Gəncə İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, festivalın direktoru Asif Həsənov və digər rəsmilər çıxış ediblər. Çıxışlarda turnirin regionda şahmatın inkişafına verdiyi töhfə vurğulanıb.

Yarışın baş hakimi Lütfiyar Rüstəmov turnirin reqlamenti barədə məlumat verdikdən sonra ilk tura start verilib.

Festivalda iştirakçılar iki qrup üzrə mübarizə aparırlar. Yüksəkr reytinqli və təcrübəli şahmatçıların yer aldığı A qrupunda 46, B qrupunda isə 134 idmançı qeydiyyatdan keçib.

İsveçrə sistemi üzrə keçirilən festival oktyabrın 18-dək davam edəcək. Yarışın qalibləri son turun ardından müəyyənləşəcək və bağlanış mərasimində mükafatlandırılacaqlar.







Offside