13 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndəsi Avropa konqresində iştirak edir


  • Offside
  • 13:36 13.10.2026
  • Oxunma sayı: 35
Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndəsi Avropa konqresində iştirak edir

Sloveniyanın paytaxtı Lyublyanada Avropa Stolüstü Tennis Birliyinin (ASTB) konqresi keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə qurumun baş katibi Könül Mikayılova da iştirak edir.

Konqresin gündəliyinə bir sıra mühüm məsələlər daxil edilib. ASTB prezidentinin açılış nitqindən sonra üzv assosiasiyaların iştirakının təsdiqlənməsi, müvafiq komissiyaların və konqres sədrinin təyin edilməsi, gündəliyin təsdiqi, yeni üzvlük müraciətlərinə baxılması və təşkilatın illik fəaliyyət hesabatının müzakirəsi nəzərdə tutulub.

Tədbirdə ASTB-nin strateji icra planı, 2025-ci ilin maliyyə və audit hesabatları, 2027-ci il üçün büdcə, auditorların təyin edilməsi, müxtəlif təklif və qətnamələr, eləcə də Audit Komissiyasının üzvlüyünə seçkilər müzakirə olunacaq.

Bununla yanaşı, ötənilki konqresdən sonra İcraiyyə Şurasının gördüyü işlərin təsdiqi, fəxri üzvlərin təyin edilməsi və fəxri nişanların təqdimatı da gündəlikdə yer alıb.

Konqres çərçivəsində 2027-ci ildə keçiriləcək Avropa çempionatlarının təqdimatı, növbəti konqresin keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi, həmçinin digər məsələlərin müzakirəsi planlaşdırılır.







Offside