- Offside
- 21:35 13.10.2026
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında ilk oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan mundialın ilk qarşılaşmasında Rumıniya millisi ilə üz-üzə gəlib. Gərgin və məhsuldar mübarizə şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə, Nihad Ağayev və Fərid Abbasov fərqləniblər.
Qeyd edək ki, 8 ölkənin iştirak etdiyi dünya çempionatı oktyabrın 16-da başa çatacaq.