- Offside
- 21:35 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə milli komandasının üzvləri Qazaxıstana yollanıblar.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-də Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.
Oktyabrın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qoşulacaq.
Hazırlıq çərçivəsində taktiki-texniki çalışmalara və rəqiblərin təhlilinə xüsusi diqqət yetirilir. Toplanış başa çatdıqdan sonra Azərbaycan komandası Almatıdan Astanaya yollanacaq.
Qeyd edək ki, dünya çempionatında qadın güləşi üzrə yarışlar oktyabrın 27-dən 30-dək keçiriləcək.