13 oktyabr 2026. Çərşənbə axşamı

“Gəncə” FIBA Avropa Kubokunda evdə də məğlub olub


  • Offside
  • 21:01 13.10.2026
  • Oxunma sayı: 38
“Gəncə” FIBA Avropa Kubokunda evdə də məğlub olub

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında baş tutan qarşılaşmada Martin Knejeviçin rəhbərlik etdiyi komanda Yunanıstan təmsilçisi “Kolossos”u qəbul edib. Görüş qonaqların 80:62 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Gəncə” turnirdə ilk oyununda səfərdə Türkiyənin “Esenler Erokspor” komandasına 63:92 hesabı ilə məğlub olub.







Offside